**TƏCİLİ SATILIR – BADAMDARDA TORPAĞIN DƏYƏRİNƏ 4 MƏRTƏBƏLİ HOVUZLU BAĞ EVİ!**
Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən **11 sot torpaq sahəsində inşa edilmiş 600 kv.m-lik 4 mərtəbəli bağ evi** təcili olaraq bazar dəyərindən xeyli aşağı qiymətə satışa çıxarılıb.
Əmlak həm **bağ evi**, həm də **daimi yaşayış üçün tam yararlıdır**. Çox sakit, təmiz havası olan və elit yaşayış mühiti ilə seçilən ərazidə yerləşir.
Evin geniş və yaşıllıqlarla əhatə olunmuş həyətində **hovuz**, müxtəlif **dekorativ və meyvə ağacları**, istirahət və ailəvi vaxt keçirmək üçün əlverişli şərait yaradılıb.
Ərazinin üstünlükləri:
* Şəhər mərkəzinə rahat və sürətli çıxış.
* Qurd Qapısı, kənar dairəvi yol və Bibiheybət istiqamətinə əlverişli nəqliyyat bağlantısı.
* Sakit, təhlükəsiz və prestijli yaşayış mühiti.
**Sənədləri tam qaydasındadır, çıxarış (kupça) mövcuddur.**
Bu əmlak təqdim olunan qiymətə görə olduqca sərfəli seçimdir və **demək olar ki, torpağın dəyərinə** təklif olunur.
**Real alıcı ilə qiymətdə razılaşmaq və əlavə endirim etmək mümkündür.**Xidmət haqqı 1 faizdir.