TƏCİLİ SATILIR! Ətraflı videosu var..
Neftçilər metrosundan piyada cəmi 8-10 dəqiqəlik məsafədə, START İdman Kompleksi ilə üzbəüz yerləşən eksperimental layihəli daş binada mənzil satışa çıxarılıb.
9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 92 kv.m-dir. Mənzil 2 otaqdan 4 otağa səliqəli və funksional şəkildə düzəldilib. Bütün otaqlarda, eləcə də mətbəxdə pəncərə var, gün ərzində mənzil kifayət qədər təbii işıq alır.
Mənzil yelçəkəndir (skvaznoy). Qaz, su və işıq daimidir. Geniş və abad həyəti, avtomobil saxlamaq üçün rahat park yeri mövcuddur.
Ərazi zəngin infrastruktura malikdir. Yaxınlıqda Bravo və Araz supermarketləri, 210 və 220 nömrəli məktəblər, START İdman Kompleksi, Sahib Əl-Zaman məscidi, avtobus dayanacaqları və digər bütün vacib iaşə və xidmət obyektləri yerləşir.
Sənəd: Kupça
İpotekaya tam yararlıdır.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.
Şirkət haqqı: 1%.