İnşaatçılar metrosuna piyada 7-8 dəqiqə məsafədə, Yeni Yasamalın ən yaxşı yerində, Bravo supermarketin yanında yerləşən kupçalı mənzil satılır.
Qanuni 3 otaqdır
Faktiki sahə 130kv yaxın (Kupça üzrə sahə 111kv)
Kupçalı və İpotekaya yararlıdır
Mənzilin qarşısında panoramanı bağlayan hündür bina yoxdur. Əsas otaqların hər birindən geniş və açıq şəhər mənzərəsi açılır.
Mənzil yüksək keyfiyyətli materiallarla zövqlə təmir olunub. Təmirdən sonra çox az istifadə edilib və bütün mebel və məişət texnikası ilə birlikdə satılır. Əlavə xərc çəkmədən dərhal köçüb yaşamaq mümkündür.
Mənzildə var:
İstikbal yumşaq mebel dəstləri
Blum mexanizmləri, MDF və xüsusi plastik materiallardan hazırlanmış mətbəx mebeli
Boyanmış MDF-dən, Blum və GTV mexanizmləri ilə hazırlanmış yataq otağı mebeli
Ayaqqabı, geyim, çamadan, ərzaq və məişət əşyaları üçün geniş, çoxfunksiyalı sürüşən giriş dolabı
Bosch soyuducu, elektrik sobası və mikrodalğalı soba, həmçinin Siemens qabyuyan maşın
90 sm bişirmə paneli və güclü aspirator
3 kondisioner
Gewiss elektrik avadanlığı
Sony “Surround Sound” səs sistemi ilə Epson ev kinoteatrı
Qonaq otağının divar və döşəməsində əlavə səs izolyasiyası
6 mm temperli şüşədən vitraj pəncərə
Giriş hissəsində və hər iki sanitar qovşaqda isti döşəmə
Böyük sanitar qovşaqda əlavə isti divar-qurutma sistemi
Yuyula bilən yüksək keyfiyyətli boya
Tamamilə yenilənmiş pəncərələr.
Fikri ciddi olan real alıcılar əlaqə saxlaya bilər.
Xidmət haqqı 1%